Həbs edilənlərdən biri Safuranın atası imiş

hebs-edilenlerden-biri-safuranin-atasi-imis
Oxunma sayı: 22915

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

“Qafqazinfo” xəbər verir ki, onlardan biri - Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

O,  vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir. 

Xatırladaq ki, Safura Əlizadə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır.