“Hələ ki Putin-Paşinyan görüşü planlaşdırılmayıb”

hele-ki-putin-pasinyan-gorusu-planlasdirilmayib
Oxunma sayı: 1334

“Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təmas planlaşdırılmayıb”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, lakin Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək görüşünə gələrsə, tərəflər arasında görüş imkanı yaranacaq. 

Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Paşinyanın dekabrda Rusiyaya səfər edəcəyini açıqlayıb. O bildirib ki, Ermənistanın Baş naziri MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşü və Avrasiya İqtisadi İttifaqının rəsmi görüşü üçün Sankt-Peterburqa gedəcək.