Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn edildi - Fotolar

helikopter-qezasinda-sehid-olan-ferid-nagiyev-defn-edildi
Oxunma sayı: 3044

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan baş leytenant Fərid Nağıyev dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, F.Nağıyev ailəsinin istəyi ilə doğulduğu Beyləqan rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Elmar Əli