“Həm senata, həm də konqresə bəyanat göndərilib”

hem-senata-hem-de-konqrese-beyanat-gonderilib
Oxunma sayı: 2809

“Biz çalışırıq ki, diaspor təşkilatlarımız çox güclü olsunlar və bütün layihələri gələcəkdə özləri həyata keçirə bilsinlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həm Avropada, həm də Amerikada diaspor təşkilatlarının keçirdikləri tədbirlər effekt verir:

“Biz çalışırıq ki, qanunlara riayət edək. Snup Doqun Ermənistana gəlməsi ilə bağlı təkcə bizim sosial şəbəkələrimizdə yüz minlərlə şərh yazılıb və müraciətlər olub. Keçən həftə Azərbaycan diasporası, Azərbaycan-Amerika Koordinasiya Şurası həm senata, həm də konqresə bəyanat göndərib. Eyni zamanda Avropa Parlamentinə və Almaniyada bizə qarşı müxtəlif mətbuat orqanlarında əks olunan qaralama kampaniyalarına qarşı bizim bütün diaspora təşkilatlarımız tərəfindən birgə bəyanat göndərilib. Bu iş artıq sistemli şəkildə həyata keçirilir”.

Gülnar Əliyeva