Həmin polis işdən çıxarıldı - Rəsmi

hemin-polis-isden-cixarildi
Oxunma sayı: 15857

Daxili İşlər Nazirliyi Qəbələnin Vəndam qəsəbəsindəki insidentlə bağlı daha bir məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb. 

O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər. 

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.