Həmin sualı Çingiz Abdullayevə verməyi Anar təklif edibmiş - Video

hemin-suali-cingiz-abdullayeve-vermeyi-anar-teklif-edibmis
Oxunma sayı: 9259

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin ötən gün sualı cavablandırarkən jurnalistləri təhqir etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı yenidən “Gununsesi”nə açıqlama verən Çingiz Abdullayev dediklərinə görə peşman olmadığını, sözünün üstündə dayandığını bildirib.

“Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcləyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”, - deyə xalq yazıçısı qeyd edib.

Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.

Maraqlıdır ki, AYB-nin qurultayı üçün ayrılan 203 min manatla bağlı sualı yazıçıya verməyi məhz AYB-nin sədri Anar Rzayev özü təklif edib. Belə ki, ilk olaraq həmin sual AYB sədrinə ünvanlanıb. Anar cavabında qeyd edib ki, maliyyə işləri ilə məhz Çingiz Abdullayev məşğul olur və bu suala cavab verə bilər.

Çingiz Abdullayev isə bundan sonra ona ünvanlanan suala “Niyə ölmürsən, utanmırsan?” deyə qarşılıq verib.