Həmkəndlisini sinəsindən bıçaqladı

hemkendlisini-sinesinden-bicaqladi
Oxunma sayı: 1769

Samuxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 31-də rayonun Ziyadlı kənd sakini 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov sinəsindən bıçaqlanıb.

Ona bıçaqla xəsarət yetirən, rayon sakini 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.