“Hər insan tərbiyəsinə uyğun qəbul edir” - Fotolar

her-insan-terbiyesine-uygun-qebul-edir
Oxunma sayı: 3937

Azərbaycanın “Eurovision 2017” təmsilçisi Diana Hacıyevanın solisti olduğu “Dihaj” qrupu yeni klipini təqdim edib.

Qafqazinfo” xəbər verir ki, müğənni keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, yeni klipi barədə məlumat verib: “Klipimizi təqdim etdik. Mahnının sözləri Uran, musiqisini Dihaj yazıb.

Qrupumuz üç nəfərdən ibarətdir, mən, Əli Nəsib və Anar Abdullayev. Klip üzərində böyük komanda işləyib. Gürcüstandan gürcüləri dəvət etmişdik. Ekran əsərində Fuad Həsənov və İbrahim İbrahimovun böyük əziyyəti olub. Onlar mənə rep oxumağı öyrədiblər”.

Diana ekran işində əks olunan sosial mesajlardan da danışıb: “Hər insan bir-birini fərqli sevir. Sevgisini fərqli göstərir. Klipdə əsas məqsədimiz odur ki, insan özünə xəyanət etməsin və heç kimi mühakimə etməsin. Belə bir söz var, “Mühakimə etmə ki, mühakimə olunmayasan”. Bu söz Azərbaycana aid deyil, ümumi dünyada baş verən hadisələrə aiddir. Qrupumuz Yeni ildən sonra da fəaliyyətinə davam edəcək. Mən “Eurovision”a hazırlaşdığım üçün onlarla işləyə bilməyəcəyəm. Müsabiqədən sonra yaradacılığımıza yenidən davam edəcəyəm. Klipimiz yayda çəkilib. Amma Yeni ilə hədiyyə olaraq indi təqdim edirik. Düşünürəm ki, çox uğurlu alınıb”.

D. Hacıyeva klipdə provokasiya olmadığını da açıqlayıb: “Hər insan hadisələri tərbiyəsinə uyğun qəbul edir. Klipdə provokasiya yoxdur”.

Elvin

Foto: Nuran