Hərbçimiz Laçında minaya düşdü - Vəziyyəti ağırdır

herbcimiz-lacinda-minaya-dusdu
Oxunma sayı: 3725

Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.

“Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb.

Hərbçinin yaxınları onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər. Vəziyyəti ağır olan V.Cabbarov hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.