Hərbi liseyə qəbul olmaq istəyənlərın nəzərinə

herbi-liseye-qebul-olmaq-isteyenlerin-nezerine
Oxunma sayı: 709

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.

DİM-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda 1725 abituriyentin (Bakı şəhərində 1293 nəfər, Naxçıvan şəhərində 432 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 148 nəfəri Hərbi Tibb Məktəbinə, 1577 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 132 nəzarətçi-müəllim cəlb edilib.