Hərbi məhsul istehsalı 14,7% artıb

herbi-mehsul-istehsali-147-artib
Oxunma sayı: 887

Ötən il Müdafiə Sənayesi Nazirliy​inin tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781,8 mln. manat məbləğində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 14,7 % çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, hesabat ilində nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565.8 mln. manat təşkil edib.

2024-cü ildə nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.

Nuranə Daxilqızı