Hərbi Prokurorluq yaralı əsgərimizlə bağlı məlumat yaydı

herbi-prokurorluq-yarali-esgerimizle-bagli-melumat-yaydi
Oxunma sayı: 3132

Kəlbəcərdə hərbçimizin ermənilər tərəfindən açılan atəşdən yaralanması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Qafqazinfo"ya Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. O bildirib ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub:

"Məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb. Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin olunacaq".

Həmçinin oxuyun: “На могиле отца я сказал, что докладывает Верховный Главнокомандующий!” - Видео