Hicabı çıxart, 5 uşağın qaytarılacaq- - Məhkəmə qərarı

hicabi-cixart-5-usagin-qaytarilacaq-
Oxunma sayı: 3031


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa məhkəməsi türk vətəndaşı Hülya Beyazitin 5 uşağını əlindən alıb. Qonşularının şikayəti üzrə uşaqlar ailədən götürülərək müvəqqəti baxılması üçün başqa bir ailəyə verilib. Məhkəmə məsələ ilə bağlı qərar qəbul edib. Qərara görə, əgər Hülya Beyazit hicabını açarsa 5 övladı ona qaytarılacaq. Üsyan edən ana övladlarına qovuşmaq istəyir, məhkəmə qərarı ilə razılaşmır. 

Hülyanın sözlərinə görə, övladları himayədə olan ailənin dilini başa düşmür, adət-ənənələrdən məhrum olur. 

Ana bildirir ki, bu dini ayrıseçkilikdən başqa bir şey deyil.

Xatırladaq ki, Fransada yaşayan türk ailəni övladlarına zor tətbiq etdiyi üçün qonşuları şikayət edib.