Hikmət Hacıyev ABŞ-də görüşlər keçirdi - Fotolar

hikmet-haciyev-abs-de-gorusler-kecirdi
Oxunma sayı: 1909

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycanın ABŞ-dəki səfirliyi “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşlər zamanı tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-i Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün strateji əhəmiyyətini müzakirə ediblər. Görüşün Azərbaycan-ABŞ münasibətləri və regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev 907-ci düzəlişin ləğvinin vacibliyini qeyd edib və qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.