Hikmət Hacıyev Polşa rəsmisi ilə görüşdü

hikmet-haciyev-polsa-resmisi-ile-gorusdu
Oxunma sayı: 267

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tomaş Simonyak “X” hesabında paylaşım edib.

Görüş zamanı ikitərəfli münasibətlər, xüsusən də təhlükəsizlik sahəsində vəziyyət müzakirə edilib.

Tərəflər İrandakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair fikir mübadiləsi aparıblar.