Hindistan G20-nin onlayn formatda sammitini keçirəcək

hindistan-g20-nin-onlayn-formatda-sammitini-kecirecek
Oxunma sayı: 1102

Hindistan noyabrda “İyirmilik qrupu”nun (G20) onlayn sammitinə ev sahibliyi edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a oktyabrın 30-da Hindistanın G20-nin sədrliyinin qərargahında məlumat verilib.

“Onlayn G20 Liderlər Sammiti 22 noyabr 2023-cü ildə baş tutacaq”, - təşkilatçılar bildirib.

Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçinin sözlərinə görə, Yeni Dehli artıq onlayn görüşə dəvətnamələr göndərib və ümid edir ki, assosiasiyanın mümkün qədər çox dövləti orada iştirak edəcək.