Hindistanda fırtınaya görə 600 min insan təxliyə edildi

hindistanda-firtinaya-gore-600-min-insan-texliye-edildi
Oxunma sayı: 932

Hindistanda həyata mənfi təsir göstərən tropik “Dana” qasırğası səbəbindən ölkənin şərqində təxminən 600 min insan təxliyə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Hindistan Meteorologiya İdarəsi açıqlama yayıb.

Bildirilib ki, Odişa ştatında və Qərbi Benqalda “Dana” tropik qasırğasının sürəti saatda 120 kilometrə çatıb.

Güclü yağış və tufan ağacların kökündən qopmasına, daşqın təhlükəsinə səbəb olub.

Odişada fırtına səbəbindən dünən məktəblərdə təhsil dayandırılıb, 200-dən çox qatar reysi və uçuşlar ləğv edilib.

Balıqçılara dənizə çıxmamaq barədə xəbərdarlıq olunub.

Fırtına nəticəsində can və ya mal itkisi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, ötən il ölkədə fırtınalar nəticəsində 523 nəfər həyatını itirib, 2,5 milyard dollar ziyan dəyib.