“Hizbullah” hərəkatının yüksəkrütbəli komandiri Fuad Şukr öldürülüb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri onun Livanın paytaxtı Beyrutda İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.
“Bu axşam İsrail ordusu Beyrutda “Hizbullah”ın yüksəkrütbəli hərbi komandiri və strateji bölməsinin rəhbəri, “Seyyid Muhsin” kimi tanınan Fuad Şukra qarşı hədəfli zərbə endirib”, - İsrail Müdafiə Qüvvələrinin sözçüsü general-mayor Daniel Haqari bildirib.
Onun sözlərinə görə, Şukr həm də “Hizbullah” lideri Hasan Nasrallahın baş hərbi müşaviri olub: “O, “Hizbullah”ın ən qabaqcıl silahlarının əksəriyyətinə, o cümlədən dəqiq idarə olunan, qanadlı, gəmi əleyhinə, uzaq mənzilli raketlərə və pilotsuz uçuş aparatlarına cavabdeh idi. Eləcə də terror qruplaşmasının qüvvələrinin yaradılmasına, İsrailə qarşı terror aktlarının planlaşdırılmasına və həyata keçirilməsinə görə məsuliyyət daşıyırdı”.
Qeyd edək ki, Livan Səhiyyə Nazirliyi hava hücumu nəticəsində üçü uşaq olmaqla 4 nəfərin həlak olduğunu, 75 nəfərin isə yaralandığını açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər