“Hökumətin mətbuatdan gizlədəcəyi heç nə yoxdur”

hokumetin-metbuatdan-gizledeceyi-hec-ne-yoxdur
Oxunma sayı: 913


“Qafqazinfo” xəbər verir ki, kursların ikinci günü Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Seçki prosesində aşkarlıq institutları və KİV-lərin rolu” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, dövlətin həyatında siyasi plüralizm mütləq normadır: “Siyasi plüralizm olmayan cəmiyyətdə azad ədalətli seçki keçirilə bilmız. Mətbuat orqanlarının funksiyasi insanları məlumatlandırmaqdır. Əgər mətbuat yoxdursa, siz haradan məlumat ala bilərsiniz? Əlbəttə ki, yığışıb çayçıya gedəcəksiniz. Orada dedi-qodudan məlumat alacaqsınız. Mətbuatın ikinci funksiyası hadisələri qavramaq üçün sizə ipucu verməsidir. Mətbuat siyasi prosesləri təhlil edir. Tutaq ki, siyasi partiyalar seçkiyə qatılmaq üzrədir. Onlar blok şəklindəmi, partiyanın namizədi şəklindəmi seçkiyə gedəcək kimi sualları mətbuatdan öyrənir. Mətbuat orqanı tərəfsiz olmalıdr. Heç bir tərəfi saxlamamalıdır. Siyasi partiyaların öz mətbuat orqanları ola bilər. Bu da onlara xidmət edir. Siyasi plüralizmsiz, mətbuatsız, internetsiz cəmiyyəti idarə etmək, inkişaf etdirmək qeyri-mümkündür. 

Mətbuat cəmiyyət həyatında yürüdülən siyasətin dəyərləndirilməsində iştirak edir. İctimai institutların fəaliyyətini cəmiyyətə çatdırır. Siz onlara görə qərar qəbul edəcəksiniz. Hakimiyət bizi düşünür, yoxsa özünü, müxalifət özünü düşünür, yoxsa bizi və bu kimi suallar insanların seçiminə təsir edir. Seçkiyə qədər bütün fəaliyyəti dəyərləndirir. 

Əli Həsənov qeyd edib ki, mətbuat hakimiyyətə qiymət verməyə də zəmin yaradır: “Azad demokratik seçki siyasi plüralizm olmadan qeyri-mümkündür. 1998-ci ildə ümummilli lider Heydər Əliyev senzuranı ləğv etdi. O gündən başlayaraq mətbuat azaddır. İndiyə kimi heç bir qəzetə təzyiq edilməyib. Heç kim deyə bilməz ki, hansısa jurnalistə və yaxud mətbuata hakimiyyət tərəfindən təzyiq edilib. Azərbaycanda tam azad mətbuat var. Bizim ölkədə mətbuata göstərilən dövlət qayğısı heç yerdə göstərilməyib. Sonuncu olaraq 156 jurnalistə ev verilib. Azərbaycan hökumətinin mətbuatdan gizlədəcəyi heç nə yoxdur”.

Günel