Hulusi Akar Rusiyada səfərdədir

hulusi-akar-rusiyada-seferdedir
Oxunma sayı: 1878

Türkiyənin milli müdafiə naziri Hulusi  Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiyada rəsmi səfərdədir.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir Akar və MİT rəhbəri Hakan Fidan, Rusiya müdafiə naziri Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Mahmud Abbas ilə görüşüb.

Görüşdə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə müzakirə edilib.

Konstruktiv atmosferdə keçən görüş nəticəsində Suriyada və bütövlükdə regionda sabitliyin təmin edilməsi və qorunması üçün üçtərəfli formatda görüşlərin davam etdirilməsi razılaşdırılıb.