İbrahimoviçdən tarixi qol

ibrahimovicden-tarixi-qol
Oxunma sayı: 5095

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya çempionatının 27-ci turunda "Udineze" ilə matçda (1:3) qol vurub.

"Qafqazinfo" xəbər verir ki, 41 yaşlı futbolçu (41 yaş 166 gün) 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək A Seriya tarixində qol vuran ən yaşlı futbolçu olub.
İsveçli hücumçu bu göstəricidə  "Milan"ın sabiq müdafiəçisi Alessandro Kostakurtanı (41 yaş 25 gün) qabaqlayıb.

Qeyd edək ki, İbrahimoviç zədə səbəbindən bu mövsümün çox hissəsini buraxıb.