İcra başçısı ilə Alidədən qonaqlara şəkil qadağası - Fotolar

icra-bascisi-ile-alideden-qonaqlara-sekil-qadagasi
Oxunma sayı: 16122

Ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və tanınmış aparıcı Alidə Mustafayevanın toyu baş tutub.

“Qafqazinfo” xəbər verir ki, paytaxt restoranlarının birində keçirilən tədbirdə A. Mustafayevanın həmkarları sosial şəbəkələrdə fotolar paylaşıb. Maraqlıdır ki, qonaqlar yalnız öz şəkillərini paylaşıb.

Əldə etdiyimiz məlumata görə, cütlük qonaqlara onların şəkillərini yaymağı qadağan edib.

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar və dörd övladları var. 

Alidə Mustafayeva isə fəaliyyətinə ATV telekanalında başlayıb. Daha sonra ANS TV və İTV-də çalışıb. Hazırda AzTV-də aparıcıdır, həmçinin “Aztelekom” MMC və “Baktelecom” MMC-nin mətbuat katibi vəzifəsində çalışır.