İdmançımız növbəti qələbəsini qazandı

idmancimiz-novbeti-qelebesini-qazandi-
Oxunma sayı: 659

Azərbaycan Respublikası Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyası Mətbuat Xidmətinin rəhbəri Anar Bürcəliyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, bu yarışda 45 ölkənin iştirak edəcəyi gözlənilsə də ancaq 36-a yaxın ölkə iştirak edə bilib.

İlk döyüşü Cənubi Koreya idmançısı ilə olan Namiq İmranov döyüşün sonuna yaxın rəqibinə tatami üzərində xal etibari ilə qələbə qazanmağa müvəffəq ola bilib. Daha sonra Dünya Çempionatına yeni qatılan Tacikstan, Əfqanıstan, Kuba komandalarının idmançıları ilə tatami üzərində 8 döyüş keçirərək sonda Erməni əsilli Rusiyalı idmançı ilə qarşılaşıb. Tatami üzərində 2 dəfə ağrıdıcı fənd ( balivoy ) edərək tam qələbə qazanan Avropa Çempionu Namiq İmranov Dünya Çempionu adına layiq görülüb.

Yarışın gedişatında bu ölkədə olan Azərbaycan diasporası nümayəndələri və Ukraynada yaşayan Azərbaycanlıların fəallığı da böyük uğur qazanılmasına təkan verib.

Gələn həftənin sonları üçün Qazax rayonunda İran, Gürcüstan, Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək Beynəlxalq Turnirdə Çoxmübarizəli İdman Döyüş Növləri üzrə idmançıların iştirakı olacaq. Qeyd edək ki, bu yarışdan sonra isə iyul ayında Gürcüstanın Uraki şəhərində keçirilən Dünya kubokunda da bu idman növü üzrə idmançıların iştirakı planlaşdırılır.