İki nəfər birləşib “VAZ”ı qaçırdı

iki-nefer-birlesib-vazi-qacirdi
Oxunma sayı: 644

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mustafayev aprelin 23-nə keçən gecə A.Qurban küçəsindən “VAZ-2115” markalı avtomobilinin qaçırıldığını bildirib.

“Qafqazinfo”nun məlumatına görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov və Hacıqabul rayon sakini X.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.