“İki nəfər minaya düşsə də, mən sağ qaldım”- - Tovuzda saxlanılan erməni

iki-nefer-minaya-dusse-de-men-sag-qaldim-
Oxunma sayı: 4167



"Qafqazinfo" xəbər verir ki, bu barədə AzVision.az-a rayonun Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov məlumat verib. 

O bildirib ki, artıq həmin şəxs müvafiq dövlət qurumlarına təhvil verilib.

İcra nümayəndəsinin sözlərinə görə, saxlanılan erməni mülki vətəndaş olub: 

“Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar”,-deyə, T.Hüseynov əlavə edib. 

Qeyd edək ki, bu gün Tovuzun Ağbulaq kəndində Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşı saxlanılıb. 1965 ci il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq hüquq-mühafizə orqanların təslim ediblər.