İki Vətən müharibəsi iştirakçısı cəzadan azad edilib

iki-veten-muharibesi-istirakcisi-cezadan-azad-edilib
Oxunma sayı: 1561

Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan 666 məhkum Zəfər Günü ilə bağlı qəbul edilən amnistiya aktı çərçivəsində cəzadan azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bunu idarənin rəisi Namiq İsmayılov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, cəzadan azad edilənlərin 92-si qadın, 47-si altmış yaşdan yuxarı məhkumlardır. Azad edilənlər arasında iki nəfər Vətən müharibəsi iştirakçısı da var.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib. Amnistiya aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.