İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi

ilahiyyatci-serdar-babayev-dovlete-xeyanet-ittihami-ile-hebs-edildi
Oxunma sayı: 11505

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.