İlham Əliyev 442 metrlik körpünün açılışında - Fotolar

ilham-eliyev-442-metrlik-korpunun-acilisinda
Oxunma sayı: 1498

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, “Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.