İlham Əliyev iki nəfəri mükafatlandırdı

ilham-eliyev-iki-neferi-mukafatlandirdi
Oxunma sayı: 2472

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
 

“Qafqazinfo”nun xəbərinə görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
 
Prezidentin digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova “Tərəqqi” medalı ilə təltif edilib.