İlham Əliyev nəqliyyatla bağlı tapşırıq verdi - - Video

ilham-eliyev-neqliyyatla-bagli-tapsiriq-verdi-
Oxunma sayı: 7799



“Qafqazinfo” xəbər verir ki, iclasda dövlət başçısı 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafının təmin edildiyini, bu il ümumi daxili məhsulun təxminən 6 faiz, qeyri-neft sektorunun isə təxminən 10 faiz artdığını vurğulayıb. “Bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır”, - deyən dövlət başçısı bu islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. İlham Əliyev vurğulayıb ki, son 10 ildə fəal işlər nəticəsində Azərbaycanın siyasi, iqtisadi uğurları təmin edilib: “Ən böyük nailiyyətlərimizdən biri isə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir. Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”.
İ. Əliyev son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının qəbul olunduğunu, nəticədə bölgələrin inkişafında mühüm uğurlar qazanıldığını, eləcə də ölkə iqtisadiyyatına qoyulan sərmayələrin dinamik inkişafı təmin etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, növbəti illər üçün də konkret proqramlar vardır və ölkəmizin dayanıqlı inkişafı gələcəkdə də təmin olunacaqdır. 

Dövlət başçısı bundan sonra da Bakı və onun qəsəbələrinin infrastruktur məsələlərinə daha böyük diqqətin göstərilməsinin vacibliyini vurğulayıb. Gələcəkdə yeni elektrik stansiyalarının tikintisi, qazlaşdırma, içməli su və kanalizasiya, istilik sistemi layihələrinin davam etdirilməsinin zəruriliyini bildirən Azərbaycan Prezidenti lift təsərrüfatının yenidən qurulması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, yeni yolların, yol qovşaqlarının salınması, ictimai nəqliyyat sahəsində vəziyyətin yaxşılaşdırılması, yeni metro stansiyalarının tikilməsi ilə bağlı tapşırıqlarını verib.