İlham Əliyevlə Paşinyanın Rusiyada görüşü olacaqmı?

ilham-eliyevle-pasinyanin-rusiyada-gorusu-olacaqmi
Oxunma sayı: 1798

Dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının sammiti keçiriləcək.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala belə cavab verib: 

“Təbii ki, MDB liderləri orada olacaq, istənilən halda təmaslar olacaq. Amma hələlik rəsmi danışıqların aparılması təklifi olmayıb. Sammit qeyri-rəsmi olduğundan görüşlər də qeyri-rəsmi olacaq".