İlk canlı yayımlarındakı söhbətləri diqqət çəkdi - Video

ilk-canli-yayimlarindaki-sohbetleri-diqqet-cekdi
Oxunma sayı: 10270

Jurnalist Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuşla yeni layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, "Günaydın Azərbaycan" verilişində onların maraqlı dialoqu gündəm olub. 

Belə ki, 8 ildir ailəli olan cütlük arasındakı zarafatla başlayan söhbət X.Hidayətqızının qısqanclığı ilə davam edib. O, 2012-ci ildə Doğuşun Azərbaycanda toya kimlə gəldiyini öyrənməyə çalışsa da, alınmayıb. X.Hidayətqızı Doğuşun o toya kiminlə gəldiyini xatırlamamasına, - "necə olur ki, 2012-ci ildə getdiyin toyu xatırlayırsan, amma kiminlə gəldiyini xatırlamırsan", - deyə təəccüblənib. Daha bir diqqətçəkən məqam onun qazı yandıra bilməməsi ilə bağlı etirafı olub. Həmin videonu təqdim edirik: