İlk milyarder basketbolçu o oldu

ilk-milyarder-basketbolcu-o-oldu
Oxunma sayı: 2952

Milli Basketbol Assosiasiyasının (NBA) üzvü “Los-Angeles Lakers”in peşəkar basketbolçusu LeBron Ceyms milyard dollar qazanan ilk basketbolçu adını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Sportico” nəşri yayıb.

“Sport Ekspress”in məlumatına görə isə, burada söhbət basketbolçunun yalnızca oyunçu karyerası boyunca əldə etdiyi gəlirlərdən gedir.

36 yaşlı idmançının oyuncu karyerası ərzində əldə etdiyi qonorarların həcmi 300 milyon dollar təşkil edib. Bununla yanaşı, reklam müqavilələri LeBron Ceymsə 700 milyon dollardan çox gəlir qazandırıb.

Ceyms əsas olaraq “AT&T”, “Beats”, “Blaze Pizza”, “GMC”, “Nike”, “PepsiCo”, “Rimowa”, “Walmart” və “Epic Games” şirkətlərinin tanıtımında iştirakına görə hər il təqribən 100 milyon dollar qazanır.

Qeyd edək ki, Ceyms dördqat NBA çempionudur. Bununla yanaşı, o, ABŞ milli komandasının tərkibində Olimpiya oyunlarında qazanılan iki qələbənin də sahibidir.