“İlk qoladək bərabər oyun gedirdi” - De Byazi

ilk-qoladek-beraber-oyun-gedirdi
Oxunma sayı: 4367

“İlk qoladək bərabər səviyyəli oyun gedirdi, topa nəzarət etməyə çalışırdıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Avro-2024”ün seçmə mərhələsində səfərdə Avstriya yığmasına böyük hesabla məğlub olan millimizin baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi qolun böyük səhvdən sonra buraxıldığını vurğulayıb: “Ümumilikdə matç komandamız üçün ağır oldu. İkinci qoldan sonra inamı itirdik. Son dəqiqələrədək çətinlik yaşadıq, çox əziyyət çəkdik".

“Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim arasında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik”, - De Byazi əlavə edib.