İlon Mask Bakıdakı tədbirə virtual qoşulacaq

ilon-mask-bakidaki-tedbire-virtual-qosulacaq
Oxunma sayı: 2617

İlon Mask Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində virtual olaraq çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 74-cü Beynəlxalq Astronavtika Konqresinin sosial hesabında bildirilib.

5 oktyabr saat 17:45-18:45 arası Heydər Əliyev Mərkəzinin Auditoriyasında İlon Mask və Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mowry “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcı aparatı haqqında maraqlı müzakirə aparacaq.

Müzakirənin məqsədi kosmos daşımalarını yenidən formalaşdırmaq və bir çox planetlərdə həyatı təmin etməkdir.