İlqar Məmmədov sözündə durdu - Keçəl oldu+Video

ilqar-memmedov-sozunde-durdu-
Oxunma sayı: 14276

Azərbaycan əsilli ikiqat Olimpiya çempionu, məşhur idmançı, Rusiya yığmasının qılıncoynatma üzrə baş məşqçisi İlqar Məmmədov başını keçəl qırxdırıb.

Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, İlqar Məmmədov hələ Rio Olimpiya Oyunları başlamazdan əvvəl bu barədə anons vermişdi. Belə ki, baş məşqçi tələbələrinin bu yarışmada 2 qızıl medal qazanacağı təqdirdə başını keçəl edəcəyini bildirmişdi. O, sözünün üstündə duraraq dünən bu addımı atıb.

İlqar Məmmədovun bərbərləri də məhz qızıl medalçılar Timur Safin və Yana Yeqoryan olublar. Baş məşqçi bununla bağlı qısa açıqlama verib: “Borc ödəmək dəhşətlidir”.

Qeyd edək ki, İlqar Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur.