İmişlidə Ümummilli Liderin anım günü qeyd edildi - Fotolar

imislide-umummilli-liderin-anim-gunu-qeyd-edildi
Oxunma sayı: 423

12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Hər il olduğu kimi, bu il də Ulu Öndərin İmişli şəhərində adını daşıyan parkdakı abidəsi böyük izdihamla ziyarət olunub.

“Qafqazinfo” xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri səhər saatlarından etibarən Heydər Əliyev adına parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla anıblar.

Daha sonra Ümummilli Liderin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb. Tədbir onun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və Heydər Əliyevin zəngin həyat və dövlətçilik fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib. 

Giriş sözü ilə çıxış edən icra başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətində Azərbaycan xalqına və dövlətinə xidmət amalı hər zaman əsas yer tutub. O bildirib ki, Ulu Öndərin Azərbaycan qarşısında göstərdiyi xidmətlər əvəzsiz və misilsizdir. Məhz onun uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi və dövlətçilik iradəsi sayəsində müstəqil Azərbaycan dövləti möhkəm bünövrə üzərində formalaşaraq inkişaf yoluna çıxıb. Qeyd edib ki, Heydər Əliyev irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin tam suverenliyinin bərpası Ulu Öndərin ideyalarının təntənəli zəfəridir.

Digər çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyətindən geniş bəhs edərək bildiriblər ki, onun Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər əvəzsiz və misilsizdir. Ulu Öndərin uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi və dövlətçilik iradəsi sayəsində müstəqil Azərbaycan öz möhkəm təməlini qurub və inkişaf yoluna qədəm qoyub.