İmişlidə uşaqlara həsr olunan tədbir keçirildi - Fotolar

imislide-usaqlara-hesr-olunan-tedbir-kecirildi
Oxunma sayı: 541

Ötən gün İmişli rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram şənliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şənlikdə şəhid ailələrinin, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və valideynlər iştirak ediblər.   

Çıxış edənlər uşaqların bayramını təbrik edib, onlara gözəl gələcək arzulayıblar. Ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirilib. Qeyd olunub ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə müxtəlif layihələr həyata keçirilir.

Tədbirdə iştirak edən uşaqlar isə öz bacarıqlarını göstərərək rəqs ediblər, mahnı oxuyublar və şeirlər söyləyiblər. Həmçinin onlar hazırladıqları bir-birindən maraqlı səhnəciklərlə çıxış ediblər. Tədbirin sonunda fəal iştirak edən uşaqlara hədiyyələr təqdim edilib. Günün 2-ci hissəsi isə “Asan” parkda konsert baş tutub. Böyük coşqu və gözəl əhval-ruhiyyə ilə keçən konsert proqramı sakinlərin, xüsusən də balacaların qəlbinə sevinc, üzünə təbəssüm gətirib.