“İndi Rusiya “hə-yox” deməlidir”

indi-rusiya-he-yox-demelidir
Oxunma sayı: 2945

ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqların yekunu üzrə danışan Dövlət katibi Marko Rubio deyib.

“Biz onlara deyəcəyik: Masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır. İndi ruslar “hə” və ya “yox” deməli olacaqlar”, - o bildirib.

Qeyd edək ki, bu gün Ciddədə baş tutan danışıqlarda Ukrayna ABŞ-nin 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.