İndoneziyada güclü zəlzələ oldu

indoneziyada-guclu-zelzele-oldu
Oxunma sayı: 1280

İndoneziyanın Maluku əyalətində 5,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.

10 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.

Digər tərəfdən İndoneziya Meteorologiya, İqlim və Geofizika İnstitutu (BMKG) yerli vaxtla saat 16:19-da baş verən zəlzələnin gücünü 6 bal olaraq açıqlayıb.

İnstitut zəlzələdən sonra sunami xəbərdarlığı etməyib.

Qeyd edək ki, “Sakit okean od halqası” adlanan zəlzələ və vulkanik qurşağında yerləşən İndoneziya təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələr sırasındadır.