İngiltərə nəhəngi ÇL-dən kənarlaşdırıla bilər

İngiltərə nəhəngi ÇL-dən kənarlaşdırıla bilər
Oxunma sayı: 1954

İngiltərənin "Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

"Qafqazinfo" xəbər verir ki, bu iddia ilə "Guardian" nəşri çıxış edib.

Nəşrin yaydığı məlumata görə, "şəhərlilər" Maliyyə Feyr-Pley qaydalarını pozub. Araşdırma nəticəsində məlum olub ki, klub 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər barədə yanlış məlumat verib. UEFA həmin ildə 49 milyon funt-sterlinq məbləğində cərimə kəssə də, klub qitə futbol qurumuna saxta sənədlərlə borcun bağlandığını bildirib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi