İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq

ingilterede-daha-guclu-ikinci-covid-dalgasi-barede-xeberdarliq
Oxunma sayı: 1816

“İngiltərə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açarsa, bu qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID dalğası ilə qarşılaşacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu, University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları tərəfindən əldə olunan nəticədir.

Alimlər məktəblərin necə açılacağını - tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdiriblər.

“Böyük Britaniyada əgər məktəblər sentyabr ayında tam işləmə rejiminə keçərsə, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - deyə ingilis elm adamlarının araşdırmasında deyilir.