İntihar edən 63 yaşlı şəxs cərrah imiş

intihar-eden-63-yasli-sexs-cerrah-imis
Oxunma sayı: 9089

Abşeron rayonu Hökməli qəsəbəsində intihar edən şəxsin həkim olduğu məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, fevralın 18-də özünü Nübar yaşayış massivindəki evində asan Zahid Fərman oğlu Baxşəliyev həkim-proktoloq imiş.

1961-ci il təvəllüdlü həkim Sabunçu Tibb Mərkəzində cərrah kimi fəaliyyət göstərib. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı lent.az saytı yayıb.