İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi 5 332-dən 5 402-yə çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin Aparatının işçilərinin say həddi 409-dan 459-a, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi isə 260-dan 280-ə çatdırılıb.