İran aviaşirkəti ilk dəfə qadınlardan ibarət uçuş həyata keçirib

iran-aviasirketi-ilk-defe-qadinlardan-ibaret-ucus-heyata-kecirib
Oxunma sayı: 1816

Aseman Hava Yolları İranda ilk qadın uçuşunu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli IRNA agentliyi yazıb.

Təyyarənin ölkənin şimal-şərqindəki Məşəd şəhərinə uçduğu bildirilir. Onu İranın ilk qadın pilotu Şəhrzad Şəms idarə edib. Təyyarədə 110 sərnişin olub.

Mənbənin sözlərinə görə, uçuş dekabrın 22-də, İranın bu il Analar Gününü qeyd etdiyi vaxt baş verib. Bu tarix Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhranın anadan olmasının ildönümünə təsadüf edir.