İran Fars körfəzində yanacaq daşıyan gəmini ələ keçirdi

İran Fars körfəzində yanacaq daşıyan gəmini ələ keçirdi
Oxunma sayı: 1992

İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 42 min litr qanunsuz yanacaq daşıyan gəmini ələ keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İranın rəsmi agentliyi “İRNA” məlumat yayıb.

Hörmüzqan vilayətinin Baş prokuroru Müctəba Qəhrəmani qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı aşkarlanan qayığın İnqilab Keşikçiləri Ordusu tərəfindən ələ keçirildiyini bildirib.

Qəhrəmani 42 min litr qaçaq yanacağın ələ keçirildiyi qayıqda olan 4 nəfərin də nəzarətə alındığını açıqlayıb.