İran parlamenti sədrinin Azərbaycana səfəri təxirə salınıb

iran-parlamenti-sedrinin-azerbaycana-seferi-texire-salinib
Oxunma sayı: 2049

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib.

Səfərin təxirə salınmasının səbəbi göstərilməyib.

Qalibafın ziyarətinin daha uyğun bir zamanda baş tutacağı qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığı olub. İran XİN rəhbəri Qalibafın tezliklə Azərbaycana səfər edəcəyinin anonsunu verib.