İran qadınlar millisinin qapıçısı kişidir? - Video

iran-qadinlar-millisinin-qapicisi-kisidir
Oxunma sayı: 3473

Qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündən sonra qalmaqal yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.

Onlar bu barədə FİFA-ya şikayət də göndəriblər.

İordaniya Futbol Federasiyası buna səbəb kimi penaltilər seriyasında İran yığmasının qapıçısının komandasına qələbə qazandırmasını göstərib.

Federasiya rəsmilərindən biri açıqlama verərək FİFA-nı dərhal tədbir görməyə çağırıb: “Hər bir federasiyanın şübhəli halda şikayət etmək hüququ var. Biz də ali futbol qurumunu bu məsələni araşdırmağa çağırırıq”.