İran Hörmüz boğazını məhdud rejimdə aprelin 9-u və yaxud 10-u aça bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı danışıqlarda iştirak edən iranlı məmura istinadən “Reuters” agentliyi yayıb.
Boğazın açılmasının aprelin 10-da Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında planlaşdırılan görüş ərəfəsində baş tutacağı gözlənilir.
Onu da bildirək ki, İran fevralın sonunda ABŞ və İsrailin ölkəyə zərbələrindən sonra Hörmüz boğazını bağlamışdı.
Son xəbərlər
Son Xəbərlər