İran sərhədini pozanlar saxlanılıb

iran-serhedini-pozanlar-saxlanilib
Oxunma sayı: 1960

Martın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycana doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınıb. 

"Qafqazinfo" xəbər verir ki, geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən 1 ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürül­üb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bildirilib ki, son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin, o cümlədən 4 İran, 4 Konqo, 3 Pakistan, 2 Özbəkistan, 2 Hindistan, 1 Türkiyə, 1 Tacikistan, 1 Qvineya, 1 Şri-Lanka və 1 Moldova vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.